525.Az

Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb


 

Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb<b style="color:red"></b>

Son 15 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.

525.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, Çindən Orta Dəhlizlə cari ilin əvvəlindən iyun ayının sonuna kimi ümumilikdə 105 blok qatar yola salınıb.

Məlumata görə, 2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artıb.

“Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə mayda Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yü kaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılır”, - məlumatda qeyd olunur.

Ümumilikdə bu ilin yanvar-iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 faizdən çox artıb.

Xatırladaq ki, bu gün (20 iyul) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaradılmasından 15 il ötür.

 





20.07.2024    çap et  çap et