525.Az

Netanyahu iyulun 23-də ABŞ-da Baydenlə görüşəcək


 

Netanyahu iyulun 23-də ABŞ-da Baydenlə görüşəcək<b style="color:red"></b>

İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 22-də ABŞ-a səfər edəcək və orada iyulun 23-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahunun ABŞ Prezidenti Co Bayden ilə görüşü iyulun 23-də baş tutacaq. Baş nazir sabah səhər ABŞ-yə uçacaq”, – məlumatda deyilir.

Qeyd olunub ki, İsrailin Baş naziri iyulun 24-də Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək.

 





21.07.2024    çap et  çap et