525.Az

Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər


 

Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər<b style="color:red"></b>

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Bill Klinton "X" səhifəsində bildirib.

"Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

 





21.07.2024    çap et  çap et