525.Az

Həkimi Trampın bərpa prosesindən danışdı


 

Həkimi Trampın bərpa prosesindən danışdı<b style="color:red"></b>

Sui-qəsdə uğrayan ABŞ-nin sabiq prezidenti Donald Trampın bərpa prosesi gözlənildiyi kimi keçir.

525.az xəbər verir ki, bu barədə Ağ evin keçmiş həkimi Ronni Cekson bildirib.

O söyləyib ki, arabir Trampın qulağında qanaxma baş verir. Cekson həmçinin qeyd edib ki, sabiq prezident eşitmə testindən də keçməli olacaq.

“İyulun 13-də Pensilvaniyadakı mitinqdə potensial qatilin gülləsi qulağına dəyməmişdən öncə Trampın başından düymün dörddə biri qədər yan keçib”, - deyə həkim “Reuters”ə açıqlamasında bildirib.

Cekson vurğulayıb ki, ilk andan sabiq prezidentin vəziyyətinə nəzarət edir. Onun sözlərinə görə, Tramp tezliklə əlavə müayinədən keçməli olacaq.

İbrahim Cəfərov

 





22.07.2024    çap et  çap et