Türkiyənin Bodrum şəhərindəki istilər səbəbindən bəzi yollarda asfalt əriyib.
525.az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.
“Bodrumun bəzi rayonlarında kölgədə havanın temperaturu müsbət 44 dərəcəyə çatıb. İsti hava şəraiti səbəbindən Kumköy, Pınarlıbelen və Etrim rayonlarında asfaltda ərimə müşahidə edilib”, - deyə məlumatda qeyd olunub.
Əlavə edilib ki, asfaltdakı ərimələr sürücülərə müəyyən çətinliklər yaradıb.
İbrahim Cəfərov
çap et