525.Az

Şolts hələ də lampalı televizordan istifadə edir


 

Şolts hələ də lampalı televizordan istifadə edir<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts hələ də lampalı televizordan istifadə edir.

525.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşr yazır ki, dövlət başçısı bu haqda Drezdendəki tədbirdə bildirib: “O, köhnə olsa da, hələ də əla işləyir”.

Şoltsun sözlərinə görə, o, yeni televizorları gördükdə düşünür ki, oxşar cihazlar 1 ildən sonra köhnələcəklər.

Maraqlıdır ki, Almaniya kansleri təxminən 2 il əvvəl bildirmişdi ki, hələ də 40 il öncə alınmış portfeldən istifadə edir. Şolts qeyd etmişdi ki, ildən ilə həmin aksessuar ona daha çox xoş gəlir.

İbrahim Cəfərov

 





22.07.2024    çap et  çap et