525.Az

Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılmasını təsdiqləyib


 

Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılmasını təsdiqləyib<b style="color:red"></b>

Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa ittifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

 





22.07.2024    çap et  çap et