Yuxu rejiminə əməl etmək və internetdə məlumat axtarmaqdan çəkinmək demensiyanın inkişaf riskini azaldır.
525.az xəbər verir ki, bu barədə mikroçiplər və süni intellektdən istifadə üzrə mütəxəssis, professor Mohamed Elmasri bildirib.
Onun sözlərinə görə, müasir insanlar öz real intellektindən istifadə etmək əvəzinə, süni intellektli smartfon proqramlarına həddən artıq etibar edirlər: “Yeni məlumat əldə etmək üçün axtarış sistemlərindən geniş istifadə beyini təbii məşqdən məhrum edir”.
Elmasriyə görə, assosiativ yaddaşın məşqi, mövcud məlumatlara yeni məlumatları əlaqələndirmək beyin fəaliyyətini artırmağa kömək edir.
Demensiyanın qarşısının alınmasının digər üsullarına işdən sonra düzgün istirahət, 20-30 yaş arasında sağlam həyat tərzinə başlamaq, sağlam qidalanma rejiminə riayət etmək və spirtli içki qəbul etməyi dayandırmaq daxildir.
Gündüz yuxusu beyin üçün heç də az faydalı deyil. Bu, yeni məlumatları effektiv şəkildə birləşdirməyə və idrak ehtiyatını bərpa etməyə kömək edir.
Pərvanə Sultanova
çap et