Avropa İttifaqı Rusiyaya qarşı bütün sanksiyaları altı ay uzadılıb.
525.az xəbər verir ki, bu barədə Şuranın saytında məlumat yerləşdirilib.
“Şura Rusiya Federasiyasının Ukraynada vəziyyətin destablizasiya üçün davam edən hərəkətlərini nəzərə alaraq, Aİ-nin məhdudlaşdırıcı tədbirlərini daha 6 ay, 2025-ci il yanvarın 31-dək uzadıb”, - açıqlamada deyilir.
Qeyd olunub ki, qərar 2014-cü ildən Rusiya Federasiyasına qarşı qəbul edilmiş bütün sanksiyalara şamil edilir və ildə iki dəfə avtomatik olaraq qəbul edilir.
Bundan əvvəl “Handelsblatt” qəzeti Avropanın dörd iqtisadi tədqiqat institutunun araşdırmalarına istinadən yazıb ki, Qərbin Rusiyaya qarşı sanksiyaları iflasa uğrayıb və gələcəkdə Avropa İttifaqına zərər verə bilər.
Pərvanə Sultanova
çap et