Yakutiyada iyulun 19-da itkin düşmüş helikopterin qalıqları tapılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, axtarışların gec nəticə verməsi əlverişsiz hava şəraiti ilə bağlıydı.
Xilasedicilər pilot və 3 sərnişinin də cəsədini ərazidən çıxarıblar.
İyulun 19-da "Robinson R44II" markalı helikopter qəza siqnalı verdikdən sonra onunla əlaqə kəsilmişdi.
Qeyd edək ki, qəza hadisəsi ilə bağlı Şərqi-Sibir nəqliyyat prokurorluğunda cinayət işi başlanılıb.
L.Tağıyev
çap et