https://525.az/img/pics/medium/2025-05/353607_4gfw359ig8.jpg “525-ci qəzet”in 21 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-05/353473_o1drsbn21y.jpg Mərkəzi Elmi Kitabxana: keçilmiş yol və gələcəyə baxış
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Xalq üçün yaşanan ömür - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2025-05/353471_521qeb73w0.jpg Coğrafiya elmində simvol imza
search
20 May 2025

"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bəlli oldu

"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bəlli oldu

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri müəyyənləşib.

"Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Ştreda” (Slovakiya) cütləri səpələnməmişlər, “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü isə səpələnmişlər səbətində yer alıb. 

"Sabah" "Makkabi"ni keçsə, 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

"Zirə" Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi üz-üzə gələcək. Bu halda "Zirə"nin ilk oyunu səfərdə olacaq.

"Sumqayıt" isə "Fehervar"ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. "Sumqayıt" da mərhələ keçəcəyi təqdirdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.