"Napoli"nin hücumçusu Viktor Osimhen nəhayət, gələcəyi ilə bağlı yekun qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 25 yaşlı futbolçu klubunu dəyişmək qərarına gəlib.
PSJ uzuun müddətdir ki, futbolçu ilə danışıqlar aparır. Lakin Paris təmsilçisi müqavilədə qeyd olunan məbləği - 120 milyon avronu ödəmək fikrində deyil. Paytaxt klubu "Napoli" üçün müqaviləyə hücumçu Li Kanqı da daxil etmək istəyir.
Qeyd edilir ki, Osimhen Səudiyyə Ərəbistanı klublarından birinə keçməyi düşünə bilər, çünki "Napoli" onun yerinə "Çelsi"nin hücumçusu Romelu Lukakunu almağa hazırlaşır.
Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. 2023/24 mövsümündə o, komanda ilə 32 oyun keçirib, 17 qol vurub və 4 qolun ötürməsini verib.