https://525.az/img/pics/medium/2025-01/340116_x00d8woz5j.jpg Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti
https://525.az/img/pics/medium/2025-01/340115_wkqc68tub0.jpg Müəllim ömrünün sönməyən işığı
https://525.az/img/pics/medium/2025-01/339592_0j7ke6nc30.jpg Ziyarətdən tapılmış əlyazma Məhəmməd Füzulinindirmi?
https://525.az/img/pics/medium/2025-01/340081_wvcxkooqc7.png "XX əsr Azərbaycan ədəbiyyatı tarixi": statikadan dinamikaya
search
14 Yanvar 2025

Bugünkü oyunda rəqiblərinin əlini sıxmayacaqlar - "Dinamo" Kiyevdən etiraz

Bugünkü oyunda rəqiblərinin əlini sıxmayacaqlar  - "Dinamo" Kiyevdən etiraz

Kiyevin "Dinamo" klubu "Partizan"a (Serbiya) qarşı keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu öncəsi rəqibə etiraz edən qərar verib.

QOL.az xəbər verir ki, buna "Partizan"ın iyul ayında Moskvada keçirilmiş "Qardaşlıq kuboku" adlı turnirdə iştirakı səbəb olub.

Kiyev "Dinamo"su hesab edir ki, "Partizan" həmin turnirdə iştirak etməklə Ukraynaya hörmətsizlik edib. Bu səbəbdən Kiyev klubunun futbolçuları bu gün keçiriləcək oyunda rəqib oyunçularının əlini sıxmamaq, eləcə də klubun rəzmlərinin əks olunduğu vımpelləri dəyişdirməmək qərarı verib.

"Dinamo"nun baş məşqçisi Aleksandr Şovkovski oyundan öncə keçirilən mətbuat konfrasında deyib ki, onlar "Partizan"ın həmin səfərini anlamırlar. O, Rusiyanın Ukraynaya qarşı müharibə apardığını, ərazilərini işğal etdiyini, günahsız insanları qırdığını deyib.

"Biz bu məsələ ilə bağlı özümüz bilərəkdən heç bir açıqlama verməmişik ki, matçdan əvvəl düşmənçiliyi qızışdırmayaq. Lakin bütün yuxarıda qeyd olunan halları nəzərə alaraq, bütün rəsmi tədbirlərdən imtina etməyə məcburuq”, - deyə Şovkovski bildirib.

Qeyd edək ki, "Dinamo" - "Partizan" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Kiyev təmsilçisi müharibə səbəbindən rəqibi neytral meydanda - Polşanın Lyublin şəhərində qəbul edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.