525.Az

Boliviyada dəhşətli yol qəzasında ölənlərin sayı artdı


 

Boliviyada dəhşətli yol qəzasında ölənlərin sayı artdı<b style="color:red"></b>

Boliviya ilə Çilinin sərhədində baş vermiş ağır yol qəzasında ölənlərin sayı 22-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbkarı yük avtomobilinin sürücüsü olub. Belə ki, o, idarəetməni itirərək yüksək sürətlə sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində 16 nəfər həyatını itirmiş, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

Bu gün səhərə olan məlumata görə, yaralılardan 6-ı dünyasını dəyişib. Daha bir neçə yaralının vəziyyəti ağırdır.

Yeri gəlmişkən, qəzanın səbəblərini araşdıran yerli polis yük avtomobilinin qarşı yola çıxmasını təsdiqləyib.

L.Tağıyeva

 





22.07.2024    çap et  çap et