525.Az

Latviya Ukraynaya 500-dən çox dron göndərdi


 

Latviya Ukraynaya 500-dən çox dron göndərdi<b style="color:red"></b>

Latviya Ukraynaya 500-dən çox dron göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Adris Spruds məlumat verib.

Bu, Ukraynaya göndərilən növbəti hərbi yardım paketidir. Bunadək aprel-may aylarında Latviya Ukraynaya 1 milyon avro dəyərində 135 dron vermişdi.

Ümumilikdə isə rəsmi Riqa Ukraynaya Latviya istehsalı olan və müxtəlif təyinatlı 4 milyon avro dəyərində 2,5 min dron verməyi planlaşdırır. 

Qeyd edək ki, apreldə bu iki dövlət Ukraynanın hərbi ehtiyaclarını ödəmək məqsədilə birgə dron istehsalı barədə razılığa gəliblər.

L.Tağıyeva

 





23.07.2024    çap et  çap et