Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Pesçanoye Nijne və Luqansk vilayətində Rozovka yaşayış məntəqələrini ələ keçirdiklərini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Bəyanatda Rusiya Silahlı Qüvvələrinin bölmələrinin iki yaşayış məntəqəsini nəzarətə götürdüyü bildirilib.
“Uğurlu hərəkətlər nəticəsində “Qərb” qoşunlarının əsgərləri Luqansk Xalq Respublikasının Rozovka yaşayış məntəqəsini azad edib. Həmçinin Xarkov vilayətindəki Peschanoye Nijne qəsəbəsi azad edilib", - məlumatda qeyd edilib.
Malik Atilay
çap et