525.Az

Zelenski və Donald Tramp telefonla danışıblar


 

Zelenski və Donald Tramp telefonla danışıblar<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-də prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefon danışığı aparıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefonla danışdığını bildirib.

“Onu Respublikaçılar Partiyasından namizədliyi münasibətilə təbrik etdim. Ukraynanın azadlığını və müstəqilliyini qorumaq üçün Amerika dəstəyinin həyati əhəmiyyətini vurğuladım", - deyə prezident qeyd edib.

Malik Atilay 

 





23.07.2024    çap et  çap et