ABŞ-nin Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki,ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Yerin təxminən 41 kilometr dərinliyində qeydə alınan 6,0 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Malik Atilay
çap et