Səudiyyə Ərəbistanının Mədinə şəhərində İslamın ikinci müqəddəs məkanı olan Peyğəmbər məscidində hər il müxtəlif dillərdə 3700-ə yaxın dini mühazirə oxunur.
525.az “Gulfnews”a istinadən xəbər verir ki, bu barədə məscidin rəhbərinin dini işlər üzrə rəis müavini Mohammed Al Xudairy deyib.
“Peyğəmbər məscidində hər il mühazirələrin sayı 3700-ü ötür, yəni gündəlik 10-a yaxın mühazirə kişilər və qadınlar arasında bölünür. Onlar bir neçə dildə verilir”, – o bildirib.
Qüeyd edək ki, məsciddə bələdçilik xidməti 15 dildə mövcuddur.
Pərvanə Sultanova
çap et