Beş avstraliyalı su polosu oyunçusu Yay Olimpiya Oyunları öncəsi Parisdə olarkən koronavirusa yoluxub.
525.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, bu, yalnız su polosu komandasına təsir edib. Hazırda yoluxmayan idmançılar sınaqdan keçirilir və maska taxacaqlar.
Komandanın rəhbəri Anna Mires deyib ki, idmançlar özlərini yaxşı hiss etsələr, məşqlərə qatılacaqlar.
Yay Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.
Pərvanə Sultanova
çap et