525.Az

Çexiyanın Baş naziri: İlin sonuna qədər Ukraynaya 500 min mərmi tədarük ediləcək


 

Çexiyanın Baş naziri: İlin sonuna qədər Ukraynaya 500 min mərmi tədarük ediləcək<b style="color:red"></b>

Çexiya öz təşəbbüsü çərçivəsində 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 500 min sursat tədarük edəcək.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

“İlin sonuna qədər tədarüklər proqnozlaşdırılan sürətlə davam edəcək, Ukrayna ordusuna təxminən 500 min ədəd 155 mm-lik sursat tədarük ediləcək”, - o bildirib.

Eyni zamanda, Baş nazir əmin edib ki, bununla paralel olaraq, Çexiya artıq hər il yüzminlərlə iriçaplı digər növ sursat tədarük edir.

 





24.07.2024    çap et  çap et