Hindistanın Qucarat ştatında yayılan çandipura virusuna yoluxanların və ölənlərin sayı artır.
525.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yaylb. Qucaratın səhiyyə naziri Ruşikeş Patel bütün ştatda virusa 50 yoluxma halının olduğunu və 16 nəfərin artıq öldüyünü bildirib. Digər ştatlarda heç bir müalicəsi və ya peyvəndi olmayan ölümcül virusa yoluxma ilə bağlı üç məlum hadisə var.
Patel bildirib ki, təsirlənmiş ərazilərdə profilaktik tədbirlərə başlanılıb və 50 mindən çox insan müayinədən keçib. Yerli rəsmilər yaxın bir neçə gün ərzində çandipur virusuna yoluxma hallarının artacağını gözləyirlər.
Çandipur virusu ilk dəfə 1965-ci ildə Hindistanda aşkar edilib. Bu virus ensefalitə(beyin iltihabı) səbəb olur.
Onun simptomları qızdırma, qıcolma, islah, danışa bilməmək, tarazlığın itirilməsi, görmə qabiliyyətinin dəyişməsi, baş ağrısı və s. olur.
Virusa yoluxmadan 48 saat sonra ölüm hadisəsi baş verə bilər. Çandipur virusunun müalicəsi üçün xüsusi dərman və peyvənd yoxdur.
Pərvanə Sultanova
çap et