525.Az

Malidə terror aktı: 26 ölü


 

Malidə terror aktı: <b style="color:red">26 ölü</b>

Malidə bir kənddə törədilən terror aktı nəticəsində 26 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Mopti bölgəsindəki kəndlərdən birində tarla işçilərinə atəş açıb.

İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər həyatını itirib.

Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalıb.

Qeyd edək ki, terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.

Malik Atilay 

 





24.07.2024    çap et  çap et