Nigeriya hökuməti “Meta” şirkətini “Facebook” və “WhatsApp”ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını pozması səbəbilə 220 milyon dollar cərimələyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Federal Rəqabət və İstehlakçının Müdafiəsi Komissiyasının (FCCPC) rəsmisi Adamu Abdullahi jurnalistlərə açıqlamasında "Meta" şirkətinə qarşı 3 ildir ki, gərgin araşdırmaların aparıldığını bildirib.
Araşdırmaların "Facebook" və "WhatsApp"ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını "dəfələrlə pozduğunu" aşkar etdiyini qeyd edən Abdullahi, hökumətin bu səbəbdən "Meta"nı 220 milyon dollar cərimə etdiyini bildirib.
Qeyd edək ki, Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya, 2022-ci ildə "Meta"nın ölkədə 154 milyon aktiv abunəçisi olduğunu açıqlayıb.
Malik Atilay
çap et