Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda 23 milyon insanın kifayət qədər qida ilə təmin olunmadığını və 750 min insanın aclıq astanasında olduğunu bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stephane Dujarric gündəlik mətbuat konfransında Sudan xalqının "ən pis ssenari" ilə üzləşdiyini bildirib.
Dujarric bildirib ki, Sudan humanitar planı üçün hər il tələb olunan 2,7 milyard dolların yalnız 30 faizi maliyyələşdirilib.
Sudanda 23 milyon insanın kifayət qədər qida tapmadığını, 750 min insanın aclıq astanasında olduğu məlumatını paylaşan Dujarric yağışlı mövsümdə vəziyyətin daha da pisləşəcəyinə diqqət çəkib.
Malik Atilay
çap et