525.Az

ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib


 

ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib<b style="color:red"></b>

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 2,8 milyard dollar dəyərində xarici hərbi satış paketini təsdiqləməyə qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daxilində xarici silah satışına nəzarət edən Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi tərəfindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, Səudiyyə Ərəbistanına 2,8 milyard dollar dəyərində hərbi “sistem logistikası və davamlı dəstək” elementlərini ehtiva edən satış paketi təsdiq edilib və lazımi sertifikat Konqresə verilib.

Təsdiqlənmiş bu satışın Körfəz Bölgəsində siyasi sabitlik və iqtisadi tərəqqi qüdrətini təşkil edən müttəfiq ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyini artıracağı və bunun ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi bildirilib.

Açıqlamada təklif edilən satışın Səudiyyə Ərəbistanının indiki və gələcək təhdidləri qarşısını almaq qabiliyyətini artıracağına diqqət çəkilərək, satışa icazə verilən avadanlıq və dəstəyin bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi qeyd edilib.

Malik Atilay

 





24.07.2024    çap et  çap et