525.Az

Efiopiyanın cənubunda sürüşmə - 229 nəfər ölüb


 

Efiopiyanın cənubunda sürüşmə - <b style="color:red">229 nəfər ölüb</b>

Efiopiyanın Cənub Regional Əyalətinin rəsmilərindən olan Alemayehu Bavdi mətbuata verdiyi açıqlamada, leysan yağışları nəticəsində baş verən sürüşmədə qadın və uşaqların da olduğu 229 nəfərin cəsədinin tapıldığı barədə məlumat paylaşıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Bavdi: "Ölənlərin sayının 148-i kişi, 81-i qadın olmaqla 229 nəfər olduğu təyin olunub. Axtarış-xilasetmə işləri davam edir", - deyib.

Axtarış-xilasetmə işlərinin sıldırım əraziyə görə çətinliklə davam etdiyini bildirən Bavdi, ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını bildirib.

Rəsmilərdən Misikir Mitiku dövlət televiziyasına verdiyi açıqlamada ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvlərinin ola biləcəyini bildirib.

Qofa Regional Rabitə İdarəsinin rəisi Kassahun Abayneh də bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və iş zamanı çoxlu sayda xilasedicinin palçıq altında qaldığını bildirib.

Qeyd edək ki, Cənubi Efiopiyada sürüşmələr əsasən yağışlı mövsümdə, iyun-avqust aylarında baş verir.

Malik Atilay 

 





25.07.2024    çap et  çap et