525.Az

Konqoda üsyançıların hücumu nəticəsində 35 nəfər öldü


 

Konqoda üsyançıların hücumu nəticəsində <b style="color:red">35 nəfər öldü</b>

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində üsyançıların hücumu nəticəsində 35 mülki vətəndaş həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kivu vilayətinin Lubero bölgəsindəki Ombele kəndində Demokratik Alyans Qüvvələri adlı üsyançı qrup üzvləri tərəfindən mülki şəxslərə silahlı hücum edilib.

Hücum nəticəsində ən azı 35 mülki şəxs həyatını itirib.

Üsyançı qrup üzvləri ətrafdakı evləri qarət edərək, çoxlu mülki vətəndaşı girov götürərək ərazidən qaçıblar.

Malik Atilay 

 





25.07.2024    çap et  çap et