525.Az

Kreml: Ukraynanın danışıqlar mesajı Rusiyanın yanaşmasına uyğundur


 

Kreml: Ukraynanın danışıqlar mesajı Rusiyanın yanaşmasına uyğundur<b style="color:red"></b>

Kremlin sözçüsü Dmitriy Peskov, Ukraynanın Rusiya ilə danışıqlar aparmaq istədiyinə dair açıqlamanın təfərrüatlarının əhəmiyyətli olduğunu ifadə edərək: "Mesajın Rusiyanın yanaşması ilə uyğunlaşdığını söyləmək olar", - deyib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın Çində verdiyi açıqlamanı dəyərləndirərək, paytaxt Moskvada jurnalistlərə "Rusiya tərəfi ilə danışıqlara hazır olduqlarını" ifadə edib.

Rusiyanın danışıqları rədd etmədiyini vurğulayan Peskov: "Rusiya hər zaman danışıqlar prosesinə açıqlığını qoruyub və burada hələ bilmədiyimiz detallar önəmlidir. Ona görə də əlavə açıqlamalar gözləyəcəyik", - deyib.

“Demək olar ki, mesajın özü Rusiyanın yanaşmasına uyğundur”, - Peskov bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi səfərdə olduğu Çində həmkarı Vanq Yi ilə görüşündə “Rusiya tərəfi ilə danışıqlara hazır olduqlarını” və danışıqların müstəqilliyi hədəfləməsi lazım olduğunu söyləyib.

Malik Atilay

 





25.07.2024    çap et  çap et