Yaponiya ölkənin 13 aparıcı şirkətinin rəhbərinə Rusiyaya daimi giriş qadağası qoyan Moskva hökumətinə etiraz edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa Rusiyanın 13 Yaponiya vətəndaşına tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.
Moskva hökumətinin sanksiyalarının “Yapon şirkətlərinin (Rusiyada) qanuni fəaliyyətini məhdudlaşdırdığını” deyən Hayaşi bunun “qətiliklə qəbuledilməz” olduğunu bildirib.
Hayaşi hökumətin Rusiyanın sanksiyalarına etiraz etdiyini vurğulayıb.
Malik Atilay
çap et