525.Az

Peruda avtobus dərəyə aşdı: azı 9 ölü


 

Peruda avtobus dərəyə aşdı: <b style="color:red">azı 9 ölü</b>

Perunun Tarma əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 9 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi üzündən nəqliyyat vasitəsi 200 metrlik hündürlükdən dərəyə yuvarlanıb.

Qəza zamanı 9 nəfər yerində həlak olub, 11 yaralı isə xəstəxanalara çatdırılıb.

Yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.

Qeyd edək ki, ötən həftə ölkənin cənubunda yerləşən Ayakuço şəhəri yaxınlığında da bənzər hadisə baş vermişdi. Sürücünün səhlənkarlığı üzündən avtobusun dərəyə aşması nəticəsində 23 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

L.Tağıyeva

 





25.07.2024    çap et  çap et