Nepalın "Saurya Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt Katmandu aeroportundan havaya qalxarkən qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 19 nəfərdən 5-i həlak olub. 13 nəfər və təyyarənin kapitanı isə sağ qalıb.
Verilən məlumata görə, təyyarə Pokxaru şəhərinə uçmalı imiş. Amma enmə-qalxma zolağından kənara çıxıb və alışıb.
Qeyd edək ki, sözügedən hava nəqliyyatı CRJ-200 markalı təyyarə idi və 50 sərnişin tutumuna malikdir.
L.Tağıyeva
çap et