525.Az

Lukaşenko və Putin Valaam adasında görüşüblər


 

Lukaşenko və Putin Valaam adasında görüşüblər<b style="color:red"></b>

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Kareliyanın Valaam adasında (Ladoqa gölü) görüşüblər.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Liderlər arasında müxtəlif formatlarda danışıqların aparılması planlaşdırılır. Dövlət başçıları Belarus-Rusiya münasibətlərinin inkişafına dair aktual məsələləri, birlik layihələrinin təşviqi, regional təhlükəsizliklə bağlı mövzuları və beynəlxalq gündəliyi müzakirə edəcəklər.

 





25.07.2024    çap et  çap et