525.Az

Atlantik okeanda balıqçı gəmisi batıb - minimum 8 nəfər ölüb


 

Atlantik okeanda balıqçı gəmisi batıb - <b style="color:red">minimum 8 nəfər ölüb</b>

“Argos Georgia” adlı balıqçı gəmisi Atlantik okeanının cənub hissəsində batıb. 

525.az “The Guardian”a istinadən xəbər verir ki, gəmi Müqəddəs Yelena bayrağı altında üzüb. Göyərtədə müxtəlif ölkələrdən 27 şəxs olub. Bədbəxt hadisə nəticəsində onlardan minimum 8-nin öldüyü bildirilir. 

Xilasetmə əməliyyatına bir neçə gəmi, eləcə də helikopter cəlb olunub. İyulun 22-də başlayan axtarışlar az sonra fırtına və küləkli hava səbəbindən yarımçıq dayandırılıb. 

Qeyd edək ki, dünən axtarışlar bərpa edilib. Nəticədə 14 nəfər xilas olunub. Digərlərinin axtarışları davam edir. Gəminin sahilində İspaniya, Rusiya, İndoneziya, Peru və Uruqvay vətəndaşları yer alıb. “Argos Georgia” gəmisi Britaniya-Norveç kompaniyası “Argos Froyanes Ltd”yə məxsus olub. 

İbrahim CƏFƏROV

 





25.07.2024    çap et  çap et