Bu ilin yayında Çin ABŞ-də minik avtomobillərin satışı sayında rekorda imza atıb.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, son 1 ayda Birləşmiş Ştatlarda Çin istehsalı olan avtomobillərin alışına 401,7 milyon dollar xərclənib. Bu isə iki ölkənin qarşılıqlı ticarətində rekord məbləğdir.
Yanvardan ABŞ-yə Çin avtobomillərinin ixracı təxminən 3 dəfə artıb. Mayla müqayisədə isə artım 17 faiz təşkil edib.
Mütəxəssislər artıq yerli dilerlərin narahatlığını qeyd edirlər və bildirilir ki, Çin elektrik avtomobil istehsalçıları ilə münasibət ticarət müharibəsi səviyyəsindədir.
Ümumilikdə iyun ayı ərzində Çin digər ölkələrə 6,705 milyard dollar dəyərində avtomobil satıb.
Xatırladaq ki, 2023-cü ildə Çinin avtomobil sənayesi satış həcminə görə ilk dəfə olaraq ABŞ-ni geridə qoyub.
İbrahim CƏFƏROV
çap et