ABŞ-nin sabiq prezidenti Barak Obama vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəkləmir.
525.az “New York Post”a istinadən xəbər verir ki, sabiq dövlət başçısı Harrisin seçkidə Donald Trampa qalib gələcəyinə inanmır.
“Obama çox məyusdur. Çünki o bilir ki, Harris qələbə qazana bilməyəcək”, - deyə nəşr prezident Co Baydenin ailəsinə yaxın mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, “Obama bilir ki, o, sadəcə “bacarıqsızdır”, “qarşısında duran maneələri keçə bilməyəcək”.
O da qeyd olunur ki, Obama Harrisin namizədliyindən sadəcə şoka düşüb.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin 5 noyabrında keçiriləcək.
İbrahim CƏFƏROV
çap et