525.Az

Rus polkovnikin maşınını partlatmaqda şübhəli bilinən şəxs Bodrumda tutuldu


 

Rus polkovnikin maşınını partlatmaqda şübhəli bilinən şəxs Bodrumda tutuldu<b style="color:red"></b>

Moskvada avtomobil partlayışında şübhəli bilənən şəxs Türkiyədə həbs olunub. 

525.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya istinadən məlumat yayıb. 

Bildirilir ki, axtarışda olan şəxs Bodrumda saxlanılıb. 

Xatırladaq ki, iyulun 24-də Moskvanın Sinyavinski küçəsində avtomobil partladılıb. Nəticədə iki nəfər xəsarət alıb. Sonradan məlum olub ki, partladılan avtomobilin sahibi Rusiya Silahlı Qüvvələrinin polkovnikidir. İstintaq komitəsi isə partlayışı törətməkdə şübhəli bilənən şəxsin kimliyinin müəyyənləşdirildiyi barədə məlumat yayıb.

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov açıqlamasında bildirib ki, şübhəli şəxs Türkiyəyə yollanıb. Bu səbəbdən də Rusiya hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə birlikdə onun ekstradisiyası barədə müzakirələr aparır. 

İbrahim CƏFƏROV

 





25.07.2024    çap et  çap et