Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İndoneziyanın xarici işlər naziri Retno Marsudiyə broş hədiyyə verəcəyini vəd edib.
525.az xəbər verir ki, bu barədə diplomat öz Telegram kanalında yazıb.
Zaxarova ağ köynəkdə və həcmli qara çiçək şəklində broşla çəkdirdiyi şəklini yayımlayıb. Diplomat oxşar aksesuarı həmkarına göndərəcəyini vəd edib.
“Broş mənim yanımdadır, onu verərdim, amma tikili haldadır. Qayıdandan sonra layiqlisini seçib böyük məmnuniyyətlə və hörmətlə İndoneziyaya göndərəcəyik”, - Zaxarova qeyd edib.
Bundan əvvəl İndoneziyanın XİN rəhbərinin Mariya Zaxarovada olduğu kimi broş istədiyi barədə məlumat yayılıb. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xətti ilə Xarici İşlər Nazirləri Şurası çərçivəsində Laosda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Marsudi onun bəzək əşyalarını görüb və eynisini arzuladığını gizlətməyib.
Pərvanə Sultanova
çap et