525.Az

Kritdə ərəb turisti yəhudi sandıqları üçün döyüblər


 

Kritdə ərəb turisti yəhudi sandıqları üçün döyüblər<b style="color:red"></b>

 

İsrailli turist 24 yaşlı xristian-ərəb Fahad Kubati Krit dənizinin sahilində Maliya şəhərində dini zəmində vəhşicəsinə döyülüb.

525.az Ynet nəşrinə istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib. Hadisə şahidləri gənc turistin onu yəhudi zənn edən 12 nəfərin hücumuna məruz qaldığını bildiriblər.

Kubati çənəsindən və başından xəsarət alıb, xristian inancına mənsub olduğunu sübut etməyə məcbur qalıb. Qurbanın anası bildirib ki, hücum edənlər oğlu onlara döş xaçını göstərəndən sonra qaçıblar.

Bu mənzərəni dostu ilə bir xiyabanda aqressiv izdihamdan gizlənməli olan gənc yəhudi görüb. Daha sonra yerli sakinlər onu və yoldaşlarını təhdid edərək, dərhal oteli tərk etmələrini tələb ediblər.

Yunanıstanın İsraildəki səfirliyi hadisə ilə bağlı ilk məlumatlar ortaya çıxandan sonra hücumu pisləyib.

“Yunanıstan hakimiyyəti insidentlə bağlı hərtərəfli araşdırma aparır. Qeyd etməliyik ki, zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. İsrail vətəndaşları, şübhəsiz ki, təhlükəsiz turizm məkanı olan ölkəmizdə mehribanlıqla qarşılanır”, - səfirlik bəyan edib.

Pərvanə Sultanova

 





25.07.2024    çap et  çap et