525.Az

"Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik" -  Mikayıl Cabbarov


 

"Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik" - <b style="color:red"> Mikayıl Cabbarov</b>

"Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik".

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik”, - deyə nazir bildirib.

 





26.07.2024    çap et  çap et