525.Az

Rusiya müdafiə nazirinin sabiq müavini saxlanılıb


 

Rusiya müdafiə nazirinin sabiq müavini saxlanılıb<b style="color:red"></b>

Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.

525.az APA-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.

2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

 





26.07.2024    çap et  çap et