525.Az

“Ukraynaya silah tədarükü münaqişənin həllinə kömək etmədi” - Solçuların rəhbəri


 

“Ukraynaya silah tədarükü münaqişənin həllinə kömək etmədi” - <b style="color:red">Solçuların rəhbəri</b>

“Qərb ölkələrinin Ukraynaya silah tədarükü münaqişənin həllinə kömək etmir, əksinə, daha da gərginləşdirir”.

 525.az xəbər verir ki, bunu Bundestaqdakı solçular fraksiyasının rəhbəri Zeren Pelman deyib.

“İki ildən artıq davam edən münaqişədən sonra silahların nəhayət susmalı olduğu vaxt gəlib çatıb. Qərbin Ukraynaya əlavə hərbi yardımı eskalasiyanı təşviq edir və bu, vəziyyəti daha da gərginləşdirir”, - siyasətçi qeyd edib.

O əlavə edib ki, Moskva və Kiyev danışıqlar masası arxasında əyləşməlidirlər, çünki hər iki tərəfdən bunu etməyə hazır olduqlarına dair siqnallar var.

Pərvanə Sultanova

 

 





26.07.2024    çap et  çap et