“Rusiya dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya silah almaq üçün istifadə etmək qərarına görə Avropa İttifaqına (Aİ) cavab verəcək”.
525.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
"Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən Fransanı və Avropa ölkələrini nüfuzdan salacaq və aşkar cavab tədbirlərinə səbəb olacaq qeyri-qanuni qərardır!", – siyasətçi bildirib.
Onun sözlərinə görə, Kiyevi silahla təmin etmək üçün Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadəni oğurluq adlandırmaq olar. Fransız siyasətçi ümumi rifah naminə Aİ-ni qərarı ləğv etməyə çağırıb.
İyulun 26-da Avropa Komissiyası Rusiya aktivlərindən əldə edilən gəlirdən ilk 1,5 milyard avronu Ukraynaya silah almaq üçün köçürüb.
Pərvanə Sultanova
çap et