ABŞ Avropadan bərk raket gücləndiriciləri alacaq.
525.az xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.
Amerikanın “Raytheon” korporasiyası ilə İtaliyanın “Avio” aerokosmik şirkəti arasında bağlanan müqavilə Avropada bərk raket mühərriklərinin işlənib hazırlanmasını və istehsalını nəzərdə tutur ki, xüsusi hərbi əməliyyat fonunda buna tələb artıb, ABŞ daxilində isə onların kifayət qədər buraxılması mümkün deyil.
"Biz yerli və beynəlxalq müştərilərimizin artan uzunmüddətli tələbatını ödəmək üçün “Avio” ilə potensial raket mühərriklərini inkişaf etdirməyə davam edəcəyik", - “Raytheon” vitse-prezidenti Bob Butz deyib.
Pərvanə Sultanova
çap et