525.Az

Paris olimpiadasının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb


 

Paris olimpiadasının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" nəşrinin əməkdaşı Vakako Yuki məlumat verib.

Onun sözlərinə görə, avtobus metal dirəyə çırpılıb. O, xəsarət almadıqlarını bildirib: "Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 





27.07.2024    çap et  çap et