525.Az

Maduro yenidən Venesuella prezidenti seçilir


 

Maduro yenidən Venesuella prezidenti seçilir<b style="color:red"></b>

Venesuelada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduro səslərin 51,2 faizini toplamaqla qələbəyə yaxındır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda seçki bulletenlərinin 80 faizi hesablanıb. Bu barədə Milli Seçki Şurasının nümayəndəsi Elvis Amoroso bildirib.

O qeyd edib ki, 5 150 092 seçici Maduronu dəstəkləyib. Hazırkı dövlət başçısının əsas rəqibi olan Edmundo Qonsales isə səslərin 44,2 faizini (4 445 978) qazanıb. Digər 8 namizədə isə ümumilikdə seçicilərin 4,6 faizi səs verib.

Qeyd edək ki, bu, Nikolas Maduronun 3-cü prezidentliyi olacaq. O, ilk dəfə 19 aprel 2013-cü ildə Venesuela prezidenti seçilib.

Nəticələrin açıqlanmasından sonra Kuba lideri Migel Dias-Kanel Bermudes Maduronu qələbə münasibəti ilə təbrik edib. Argentina prezidenti Xavyer Miley isə əksinə, seçkilərin nəticəsini tanımadığını bildirib.

İbrahim Cəfərov

 





29.07.2024    çap et  çap et