525.Az

Cavanşir Quliyevin “Yarım gilə” mahnısının erməni ifaçı tərəfindən oxunması araşdırılır -  COPAT


 

Cavanşir Quliyevin “Yarım gilə” mahnısının erməni ifaçı tərəfindən oxunması araşdırılır - <b style="color:red"> COPAT</b>

Əqli Mülkiyyət Agentliyi (COPAT) əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.

525.az xəbər verir ki, Bu barədə APA-nın sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.

Bəstəkar Cavanşir Quliyev isə APA-ya açıqlamasında bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.

“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.

Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.

“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.

 





29.07.2024    çap et  çap et