ABŞ rəhbərliyi Holan Təpələrindəki Məcdel Şəms qəsəbəsinə raket hücumunu pisləyib və "Hizbullah" da daxil olmaqla İranın dəstəklədiyi təşkilatlara qarşı "İsrailə hər cür dəstək veriləcəyini" açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ağ ev rəsmisinin Amerika mətbuatına verdiyi yazılı açıqlamada ABŞ rəhbərliyinin sözügedən hücumu pislədiyi bildirilib.
Bəyanatda hücum "dəhşətli" olaraq qiymətləndirilib və "Livandakı "Hizbullah" da daxil olmaqla, İranın dəstəklədiyi bütün terror qruplaşmalarına qarşı İsrailin təhlükəsizliyinə verdiyimiz dəstəyimiz sarsılmazdır" deyilib.
Malik Atilay
çap et