525.Az

İsrailli nazir Ərdoğanı Səddam Hüseynlə müqayisə etdi


 

İsrailli nazir Ərdoğanı Səddam Hüseynlə müqayisə etdi<b style="color:red"></b>

İsrailin daxili işlər naziri İsrael Kats Rəcəb Tayyib Ərdoğanın Türkiyə qoşunlarının İsrail ərazisinə daxil olması ehtimalı barədə səsləndirdiyi fikrə münasibət bildirib. 

525.az "Kommersant.ru"ya istinadən xəbər verir ki, Kats Türkiyə prezidentini İraqın sabiq dövlət başçısı Səddam Hüseynlə müqayisə edib. 
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, sadəcə İraqda baş verənləri xatırlamalı və hadisələrin yekununu unutmamalıdır”, - deyə israilli nazir “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, iyulun 28-də Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ordusu İsrail ərazisinə daxil ola bilər. Ərdoğan qeyd edib ki, Türkiyənin bunu etməməsi üçün heç bir səbəb yoxdur. 

İbrahim CƏFƏROV
 

 





29.07.2024    çap et  çap et