Slovakiya Baş nazirinin müavini Tomaş Taraba Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasiminə qatılmaqdan imtina edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət rəsmisi bu addımını Olimpiadanın açılış mərasimində baş verənlərlə əlaqələndirib. Tomaş Taraba Parisdəki açılış mərasimini “saxta LQTB ideologiyasının” təqdimatı səbəbindən iyrənc adlandırıb:
“Bu Olimpiada normal dünya üçün pozulmuş tənəzzülün iyrənc simvolu, idman gözəlliyindən sui-istifadə və onun mütərəqqi siyasi teatra çevrilməsi ilə xatırlanacaq. Bu səbəbdən də yarışın bağlanış mərasiminə qatılmamaq qərarına gəldim”.
Xatırladaq ki, iyulun 26-da keçirilən açılış mərasimini Qərbdə çoxları xristian dünyasının simvollarının təhqir olunması kimi təqdim edib. Baş verənlərlə bağlı Fransa Yepiskoplarının Konferensiyası da narazılığını ifadə edib. İyulun 28-də isə Paris Olimpiadasnın təşkilat komitəsinin üzvü Anna Dekam yaşananlara görə üzrxahlıq edib.
İbrahim CƏFƏROV
çap et